İran polisi iki nəfəri güllələdi

13:27 2 Sentyabr 2024

İranın Yəzd şəhərində polis qüvvələri xəbərdarlıq etmədən atəş açaraq iki nəfəri öldürüb.

Sitat.info xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, 25 yaşlı Məhəmməd Tutazehi və 46 yaşlı Rəhmətullah Tutazehi qardaşları şəxsi avtomobillərində güllələniblər.

İran polisi öldürülənlərin narkotik maddə alverçisi olduğunu iddia etsə də, öldürülənlərin yaxınları bunu təkzib ediblər.



Xəbər xətti