Ceyhun Bayramovdan Paşinyana tutarlı cavab

14:09 2 Sentyabr 2024

"Azərbaycan sülh sazişi üzrə növbəti versiyasını iyunun 24-də Ermənistana təqdim edib, İrəvan isə yalnız 70 gün sonra öz versiyasını təqdim edib".

Sitat.info xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiçlə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan yenidən təkliflər paketi hazırlayıb Ermənistana təqdim edəcək.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri mətbuat konfransında həqiqəti əks etdirməyən fikirlər səsləndirib:

"Ermənistanın təqdim etdiyi təkliflər paketindən tərəflərin razılığa gəlmədiyi məqamlar çıxarılıb. Ermənistan düşünür ki, guya bu yolla məsələni həlli etmək olar. Halbuki əsas, taleyüklü məqamlara diqqət ayrılmayıb".



Xəbər xətti