Rusiyada ƏMƏLİYYAT: - Yüzlərlə miqrant…

16:30 3 Sentyabr 2024

Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva üzrə İstintaq İdarəsinin əməkdaşları cinayət işi çərçivəsində paytaxt yataqxanalarından birində axtarışlar aparıblar və hazırda yüzlərlə əcnəbinin miqrasiya qanunvericiliyinə uyğunluğunu yoxlayırlar.

Sitat.info Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Novatorov küçəsində yerləşən "Roal" MMC-nin yataqxanasına gəliblər.

"Bu gün paytaxtın İstintaq Komitəsinin müstəntiqləri əməliyyat xidmətləri ilə birlikdə Rusiya Qvardiyasının güc dəstəyi ilə qeyd olunan yataqxanada axtarış aparır. Müəssisədə 530 əcnəbi vətəndaş var", - İstintaq Komitəsinin nümayəndələri bildiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onların miqrasiya qanunlarına uyğunluğunu yoxlayır, eləcə də digər mümkün pozuntuları müəyyən edirlər.



Xəbər xətti