Türkiyə BRICS-ə üzvlüklə bağlı ilk rəsmi açıqlama verib

18:20 3 Sentyabr 2024

Türkiyənin BRICS-ə üzvlüyü ilə bağlı ilk rəsmi açıqlama verilib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, rəsmi Ankara üzvlükdə maraqlıdır: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə mövqeyini dəfələrlə bildirib. Bununla belə, hələ ki konkret nəticə yoxdur”.

Qeyd edək ki, daha əvvəl Türkiyənin BRICS-ə üzvlüyü ilə bağlı müraciət etdiyi barədə məlumat yayılmışdı.



Xəbər xətti