Seçkiləri çox yaxşı, normal şəraitdə keçirmişik.
Sitat.info xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki missiyasının (MSK) bu gün keçirilən iclasında sədr Məzahir Pənahov deyib.
O qeyd edib ki, komissiya üzvləri özləri hansısa pozuntu ilə bağlı məlumat alıblarsa, bunu da araşdırmalıdırlar:
"Seçkidə təkcə müraciət edənlər araşdırılmır, müraciət olmadıqda araşdırılır. Yəni fakt yazılıbsa, amma həmin pozuntu haqqında MSK-ya müraciət olunmayıbsa, yenə də biz bunu araşdıracağıq. Biz məlumatımız olan, qarşımıza çıxan bütün məsələlərə diqqətlə yanaşırıq. Hansısa məntəqədə kütləvi bülleten atılıbsa, bununla bağlı kiminsə bizə şikayət etməyini gözləmirik. Bütün yayılanları əvvəlkindən də diqqətlə yoxlayacağıq".