Zelenski Ukraynanın yenidən silahla təchiz edilməsini Qərbdən xahiş edəcək

12:20 5 Sentyabr 2024

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 6-da Almaniyada ölkənin müdafiəsi üzrə Təmas Qrupunun (Ramşteyn formatı) iclasında iştirak edəcək.

Sitat.info xəbər verir ki, bu barədə "Spiegel" nəşri yazıb.

Bildirilib ki, V.Zelenski Qərb tərəfdaşlarına ölkəyə yenidən silah tədarük edilməsi xahişi ilə müraciət etmək niyyətindədir. Xüsusilə söhbət uzaqmənzilli raketlərin və əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükündən gedir.

Almaniyanın müdafiə naziri Boris Pistoriusun da qatılacağı görüş Ramşteyn hərbi bazasında keçiriləcək.



Xəbər xətti