Putin: Rusiya Ukrayna ərazisindən qazın tranzitindən imtina etmir

13:19 5 Sentyabr 2024

Əgər Ukrayna Rusiya qazının tranzitindən imtina edirsə, Avropaya qaz tədarükünün həcmi azalacaq və başqa istiqamətlərdə nəql olunacaq.

Sitat.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.

“Ukraynaya gəlincə, biz bu tranzitdən imtina etmirik”, - o bildirib.

V.Putinin sözlərinə görə, tranzit müqaviləsinin müddəti 2024-cü il dekabrın 31-də başa çatır.

“Əgər Ukrayna Rusiya qazının tranzitindən imtina edirsə, biz onları məcbur edə bilmərik”, - o qeyd edib.



Xəbər xətti