Bakıda "Chain Reaction Baku 2024" tədbirində Türkiyənin Web3 innovasiyaları təqdim ediləcək

16:09 5 Sentyabr 2024

Türkiyənin öndə gələn "Web3" və "blockchain" inkişaf laboratoriyalarından biri olan "TriO Blockchain Labs" 10-11 sentyabr tarixlərində Bakıda keçiriləcək "Chain Reaction Baku 2024" tədbirinə qatılaraq, Türkiyənin "Web3" ekosistemindəki yenilikçi layihələrini nümayiş etdirəcək.

Bu mühüm tədbirdə "TriO Blockchain Labs" Türkiyənin "blockchain" və "Web3" sahəsindəki liderliyini təmsil etməkdən qürur duyduğunu açıqlayıb.

"Tədbir müddətində inkişaf etdirdiyimiz layihələr, iş dünyasına təqdim etdiyimiz həllər və blockchain texnologiyasının gələcəyi ilə bağlı vizyonumuzu paylaşacağıq", - deyə, şirkət rəsmiləri bildirib.

Qeyd olunub ki, "TriO Blockchain Labs" olaraq "blockchain" texnologiyasının geniş tətbiq sahələrini, xüsusilə də tədarük zənciri idarəçiliyindən rəqəmsal kimlik həllərinə qədər olan yenilikçi layihələrimizi tanıdacağıq:

"Tədbir boyunca stendimizdə iştirakçılara məlumat vermək, layihələrimizi ətraflı təqdim etmək və sektor iştirakçıları ilə əməkdaşlıqlar qurmaq üçün hazır olacağıq".

TriOChain (Blockchain Tabanlı Tədarük Zənciri İzləmə Sistemi), NFTEAMIFY (GameFi) və WHITEPAPERIQ (AIWEB3) layihələrimiz, tədbirdə nümayiş etdiriləcək əsas layihələr arasında yer alacaq. Bu layihələr, blockchain tabanlı həllərimizin geniş potensialını ortaya qoyarkən, Türkiyənin rəqəmsal gələcəyinə töhfə verməyi hədəfləyir.

TriO Blockchain Labs Haqqında: TriO Blockchain Labs, yenilikçi blockchain həlləri inkişaf etdirən və Web3 layihələrinə xüsusi xidmətlər təqdim edən bir texnologiya laboratoriyasıdır. Şirkətimiz, tədarük zənciri idarəçiliyi, rəqəmsal kimlik, Web3 dizayn xidmətləri və mərkəzləşdirilməmiş tətbiqlər kimi sahələrdə öndə gələn layihələr istehsal edir.

Sitat.info



Xəbər xətti