Prezidentlər işçi naharında - Fotolar

17:55 5 Sentyabr 2024

Prezident İlham Əliyevin sentyabrın 5-də İtaliya Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı olub.

Sitat.info xəbər verir ki, Romanın “Quirinale” Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Prezidenti Sercio Mattarella dövlət başçısını qarşılayıb.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edilib.

Sonra birgə foto çəkdirilib.

 






Xəbər xətti