Türkiyə təyyarəsində qorxulu anlar - Yaralılar var

19:44 5 Sentyabr 2024

İstanbul-Taypey marşrutu üzrə hərəkət edən Türkiyə Hava Yollarına (THY) məxsus sərnişin təyyarəsi enişə 2 saat qalmış hava boşluğuna düşüb və nəticədə 4 sərnişin və 2 ekipaj üzvü yüngül xəsarət alıb.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, təyyarə Taypey hava limanına təhlükəsiz şəkildə enib.

Xəsarət alan sərnişinlərdən ikisi xəstəxanaya yerləşdirilib.



Xəbər xətti