Qazaxıstan Ukraynadakı vətəndaşlarına çağırış etdi

21:30 5 Sentyabr 2024

Qazaxıstanın Ukraynadakı səfirliyi vətəndaşlarına təhlükəsizlik baxımından ölkəni tərk etməyi tövsiyə edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda səfirliyin saytında bildirilib.

“Gərginliyin artması və təhlükəsizlik səbəbi ilə Qazaxıstanın Ukraynadakı səfirliyi Qazaxıstan vətəndaşlarına Ukrayna ərazisini tərk etmək barədə düşünməyi tövsiyə edir”, – məlumatda deyilir.

Qazaxıstan hakimiyyəti qeyd edib ki, vətəndaşlar Ukraynanı tərk etmək üçün quru yollardan istifadə edə bilərlər.

Bundan əlavə, səfirlik hava hücumu xəbərdarlığına məhəl qoymamağa, təhlükəsizlik tədbirlərinə riayət etməyə və səlahiyyətlilərin tövsiyələrinə əməl etməyə çağırır.



Xəbər xətti