Lavrov Türkiyənin BRİKS-ə qoşulmaq istəyindən danışdı: "Ortada ciddi niyyət var"

10:34 6 Sentyabr 2024

 Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə rəhbərliyinin BRİKS-ə qoşulmaq niyyətinin ciddi olduğunu deyib.  

“Mən ona görə bu qənaətə gəldim ki, ölkə rəhbərliyi konkret addım atdıqlarını bəyan etdi, bu isə onların ciddi niyyətindən xəbər verir”.

Sitat.info xəbər verir ki, rusiyalı nazir bunu RBC-yə müsahibəsində Türkiyənin assosiasiyaya üzv olmaq niyyəti ilə bağlı sualı cavablandırarkən deyib.

  Lavrov həmçinin qeyd edib ki, BRİKS-in müəyyən təşkilatların üzvlərinin assosiasiya ilə əlaqəsini qadağan edən qaydaları yoxdur.

“BRİKS-in tam hüquqlu üzvləri və bu təşkilatla əməkdaşlıq  edən  ölkələr üçün əsas məsələ Avropa Birliyinin dəyərlərini qorumaq deyil,  ümumi dəyərləri bölüşməkdir. 

Onun sözlərinə görə, assosiasiyanın dəyərləri BMT Nizamnaməsində qeyd olunan dəyərlərdir: "Bu dəyərlərə dövlətlərin suverenliyi,  bərabərliyi, onların daxili işlərinə qarışmamaq, mübahisələrin sülh yolu ilə həlli, bütün dövlətlərin ərazi bütövlüyünə hörmət, orada yaşayan insanların təhlükəsizliyi daxildir". 

Nigar,

Sitat.info



Xəbər xətti