Kanada Ukraynaya 80 mindən çox raket mühərriki verəcək

17:24 6 Sentyabr 2024

Kanada Ukraynaya CRV-7 raket mühərriklərinin böyük partiyasını və 1300 ədəd raket başlığı verəcək.

Sitat.info əbər verir ki, bu barədə Kanada hökumətinin bəyanatında deyilir.

Kanadanın müdafiə naziri Bill Bler Ukraynaya hərbi yardım üzrə təmas qrupunun Almaniyada keçirilən  iclasında çıxış edib.

Hərbi yardım paketinə 80 840 ədəd CRV-7 raket mühərriki və onlar üçün 1300 ədəd döyüş başlığı daxil olacaq.

CRV-7 raket mühərrikləri əvvəllər Kanada Hərbi-Hava Qüvvələri tərəfindən CF-18 qırıcılarında istifadə edilsə də, sonradan silinib.

Kanada, həmçinin öz ehtiyatından 970 ədəd C6 pulemyotu və 10500 ədəd 9 mm-lik tapança da verəcək.

Daha əvvəl bildirilmişdi ki, Kanada 2025-ci ilin əvvəlində Ukraynaya NASAMS zenit-raket kompleksi vermək niyyətindədir.



Xəbər xətti