Masallıda ağır qəza, yeniyetmə öldü

18:48 7 Sentyabr 2024

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Şıxlar kəndi ərazisində olub.

Belə ki, rayon sakini Ali Mamedovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan 2002-ci il təvəllüdlü sərnişin aldığı xəsarətlərdən dünyasını dəyişib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti