Ermənistanda silahlı atışma: bir polis öldü, digəri yaralandı

22:10 7 Sentyabr 2024

Ermənistanın Armavir vilayətinin Nalbəndyan kəndində silahlı insident olub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanının əməkdaşları şübhəlinin yanına gəliblər və o, avtomat silahdan onlara atəş açıb. Nəticədə iki polis əməkdaşı yaralanıb. Yaralılardan biri xəstəxanada ölüb.



Xəbər xətti