Ukrayna döyüşə ƏJDAHALARLA qatılır: Od püskürən PUA müharibənin taleyini dəyişəcəkmi?

10:05 9 Sentyabr 2024

3 ilini tamamlayan Ukrayna-Rusiya müharibəsində Kiyevin  yeni silah təhlükə saçıb. Ukraynanın "Dragon" pilotsuz təyyarələri səmadan alovla hücum edir. Alov topları hazırlamaq üçün termitlərdən istifadə edən Ukrayna insan haqları təşkilatlarının tənqid hədəfinə çevrilib.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Rusiya ordusuna qarşı apardığı müharibədə od püskürən "Dragon" pilotsuz təyyarələr donanmasını yerləşdirib. Bu texnika düşmən mövqelərinə mümkün qədər böyük ziyan vurmağı hədəfləyir.

Bu İHA-lar göydən alov vurmaq üçün termitdən istifadə edirlər. İlk iki dünya müharibəsində tez-tez istifadə edilən və dəhşətli təsirlərə səbəb olan termit 2200 dərəcəyə qədər istilikdə yanır. Əsgərləri vəhşicəsinə öldürdüyü və bitki örtüyünü məhv etdiyi üçün təsir böyükdür. 
Birinci Dünya Müharibəsi əsnasında almanların hərbi qüdrəti qısa müddətdə İngiltərəyə bomba kimi termit atdıqları zaman üzə çıxdı. Almaniya və müttəfiqləri İkinci Dünya Müharibəsində də termit hava bombalarından istifadə ediblər.

Beynəlxalq hüquqa görə, termitdən hərbi məqsədlər üçün istifadə edilməsi qadağan olunmasa da, insan orqanizminə dəhşətli təsir göstərdiyi üçün onun mülki hədəflərə qarşı istifadəsi qadağandır.

Məğrur,

Sitat.info

 

 



Xəbər xətti