ABŞ-ın Kentukki ştatında magistral yolda silahlı hücum olub. Hücum zamanı 7 nəfər yaralanıb. Magistral yol nəqliyyata bağlanıb. Hücum etməkdə şübhəli bilinən şəxs axtarılır.
Sitat.info xarici KİV-ə istinadən bildirir ki, London şəhərinin meri Randall Weddle hücumun baş verdiyi yolun bağlandığını açıqlayıb. O, ictimaiyyətə müraciət edərək ərazidən uzaq durmağı və ya alternativ yol seçməyi xahiş edib.
London Polis İdarəsi hücumda şübhəli bilinən şəxsin şəklini paylaşıb. Hücum edənin 32 yaşlı Cozef Kuç olduğu iddia edilib. Polis, sözügedən hücumçunun silahlı və təhlükəli olduğunu vurğulayaraq, onu görənlərin ona yaxınlaşmaması barədə xəbərdarlıq edib.
Rəsmilər bildirirlər ki, yerli vaxtla saat 17.30-da baş verən hadisədə şübhəli şəxs magistral yolun kənarındakı meşəlik ərazidən hücum etmiş ola bilər.