Peskov İranın raket tədarükü ilə bağlı xəbərlərə münasibət bildirib.
Sitat.info “İnterfaks”a istinadən xəbər verir ki, prezidentin mətbuat katibi Dmitri Peskov İranın Rusiyaya yaxın mənzilli raketlər verməsi ilə bağlı mətbuatda yayılan məlumatlar haqqında danışıb.
“Biz bu xəbəri gördük. Bu cür məlumatlar hər dəfə reallığa uyğun gəlmir. İran bizim mühüm tərəfdaşımızdır. Biz ticari-iqtisadi əlaqələri inkişaf etdiririk. Biz bütün mümkün sahələrdə, o cümlədən ən həssas sahələrdə əməkdaşlığımızı və dialoqumuzu inkişaf etdiririk. Və biz bunu ölkələrimizin xalqlarının maraqları naminə davam etdirəcəyik”, - deyə Peskov brifinqdə bildirib.
Məğrur,
Sitat.info