“Viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar başlayır”

20:32 9 Sentyabr 2024

Ermənistan və Avropa İttifaqı (Aİ) viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayacaq.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Mən şadam ki, münasibətlərimizdə nəzərəçarpacaq dəyişikliklər var. Viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar başlayır”, - deyə Ermənistan Nazirlər Kabinetinin rəhbəri bildirib.

Paşinyan vurğulayıb ki, Avropa Sülh Fondu Ermənistanı dəstəkləmək barədə qərar qəbul edib.



Xəbər xətti