"Tramp uduzsa, ABŞ-da bir daha real seçki olmayacaq" - İlon Mask

12:54 10 Sentyabr 2024


Respublikaçıların namizədi Donald Tramp prezidentlik yarışında məğlub olarsa, ABŞ-da artıq real seçkilər olmayacaq.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dünyaca məşhur milyarder İlon Mask X sosial şəbəkəsində xəbərdarlıq edib.

O xatırladıb ki, Demokrat Partiyasının liderləri 15 milyon qanunsuz miqrantı leqallaşdırmaq və bundan sonra ölkəyə daha on milyonlarla əcnəbi cəlb etmək istəyirlər. Maska görə, bu planın həyata keçirilməsi ABŞ-ı “daimi təkpartiyalı dövlətə” çevirəcək.

  “Tramp uduzarsa, bu, sonuncu real seçki olacaq” -deyə Mask sonda əlavə edib. 

Nərgiz,

Sitat.info



Xəbər xətti