"Bir yerdə nəsə səhv var".
Sitat.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün, sentyabrın 10-da “İrəvan dialoqu” beynəlxalq konfransının açılışında dünya şöhrətli yazıçı Vilyam Saroyanın sözlərini xatırladaraq deyib.
“Bu sadə cümlə həm burada, həm ətrafımızda, həm də müxtəlif bölgələrdə yaranmış vəziyyəti tam təsvir edir. Əlbəttə, etiraf etmək lazımdır ki, dünya heç vaxt qüsursuzluğu, hamının hüquqlarını bərabər şəkildə müdafiə etməsi, birgəyaşayış qaydalarına ciddi əməl edilməsi ilə seçilməyib. Lakin son illərdə baş verən hadisələr bu fikrin həqiqətini xeyli gücləndirdi. Üstəlik, dəyişikliyin və qeyri-müəyyənliyin çılğın təlaşı bu gün də davam edir və gözlənilməzlik dərəcəsini artırır”, - o əlavə edib.
Mirzoyan vurğulayıb ki, dialoq və müzakirə ilə həqiqətə nail olmaq olar: “Dialoqla ortaq həqiqətləri müəyyən etmək, ümumi qaydalar qurmaq olar. Dialoq uğuru təmin edə bilərmi? Bu dəqiq deyil. Amma bu da dəqiqdir ki, dialoqun olmaması mövcud böhranı daha da kəskinləşdirəcək”.
Nigar,
Sitat.info