İsrailin soyqırımı davam edir! Qəzzada ölənlərin sayə 41 mini keçdi

17:44 10 Sentyabr 2024

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 41 min 20 nəfərə çatıb.
Sitat.info xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyindən verilən açıqlamada, İsrailin Qəzza zolağına 340 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində 3 qırğın həyata keçirdiyi və bu hücumlarda daha 32 fələstinlinin həyatını itirdiyi, 100 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 41 min 20-yə, yaralıların sayı isə 94 min 925-ə çatıb.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Məğrur,

Sitat.info



Xəbər xətti