İsrail hərbi helikopteri Qəzzada eniş edərkən qəzaya uğradı

12:03 11 Sentyabr 2024

Qəzzada aylardır soyqırım törədən İsrail ordusunun hərbi helikopteri Qəzza zolağının Rəfah bölgəsinə eniş edərkən qəzaya uğrayıb. 

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza zolağının cənubunda yerləşən Rəfah bölgəsində "yaralı əsgəri xəstəxanaya çatdırmaq üçün eniş etmək istəyən helikopterin qəzaya uğrayıb. 

Açıqlamada qəzaya uğrayan helikopterdə olan 2 əsgərin öldüyü, 7 əsgərin yaralandığı, ilkin araşdırmaya görə helikopterin qəzaya uğramasının “düşmən atəşi” nəticəsində olmadığı deyilir. 

Yaralı əsgərlərin xəstəxanaya yerləşdirildiyi, hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

Məğrur,

Sitat.info



Xəbər xətti