Krım Ukraynaya qaytarılmalıdır -Ərdoğan

15:09 11 Sentyabr 2024

Prezident Rəcəb Tayyib Ərdoğan “IV Krım Platforması Liderlər Zirvəsi”nə video müraciət göndərib.

Sitat.info xəbər verir ki, Ərdoğan mesajında  Krımın Ukraynaya qaytarılmalı olduğuna diqqət çəkib. 

 O bildirib ki, Türkiyə Krımın ilhaqına qarşı çıxıb və bunu qəbul etməyib: " Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə dəstəyimiz daimidir. Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir". 

Sonda Ərdoğan, müharibənin Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi əsasında, ədalətli və davamlı sülhlə başa çatması ilə bağlı arzusunu ifadə edib. 

 Nigar,

Sitat.info



Xəbər xətti