Almaniyada körpü çökdü

17:11 11 Sentyabr 2024

Almaniyanın Drezden şəhərində Elba çayı üzərindəki 53 illik Karola körpüsü gecə yarısı  uçub.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu hadisə nəticəsində nəqliyyatın hərəkəti dayanmaqla yanaşı mənzillərə verilən isti su xətləri də zədələndi. 

Hadisə nəticəsində yaralanan olmasa da, körpünün asılı qalan hissəsinin də çökmə təhlükəsi istisna edilmir. Körpünün niyə çökdüyü bilinmir. Bəlli olan odur ki, körpü çökməzdən 18 dəqiqə öncə onun üzərindən sonuncu tramvay keçib. 

Məğrur,

Sitat.info



Xəbər xətti