Zelenski: "Moskvanın planlarını bilirik, ona görə sərt addımlar atacağıq"

18:58 11 Sentyabr 2024

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna xüsusi xidmət orqanlarından hesabat aldığını, Moskvanın planlarını bildiklərini və buna uyğun hərəkət edəcəklərini bildirib.
Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Zelenski açıqlamasında deyib: “Ukrayna Müdafiə Kəşfiyyatı və Xarici Kəşfiyyat Xidmətinin kəşfiyyat hesabatlarını aldım. Burada Ukrayna üçün mövcud olan təhdidlər haqqında təfərrüatlar var. Biz görürük ki, Moskvada hansı addımlar atılacaq və buna görə də Ukraynanın rifahı üçün lazım olan qədər sərt davranacağıq”.

Müharibədə Rusiya prezidenti Vladimir Putini dəstəkləyən və müharibəni uzatmaq istəyənlərə dünyanın cavab verəcəyini bildirən Zelenski deyib: "Bunu dünyada hələ də Putinə kömək etmək istəyənlərə demək istərdim. Təkcə dövlətimizi və xalqımızı müdafiə etmək üçün deyil, həm də müharibəni uzatmaq ,  qızışdırmaq istəyənlərə cavab vermək üçün dünya həqiqətən birləşməlidir, biz də bunun üçün hər şeyi edəcəyik. Mütləq prioritetimiz ədalətli sülhdür. Hər raket, hər pilotsuz təyyarə və hər düşmən hərəkəti, bu müharibəni daha uzatmaq üçün edilən hər cəhd istər-istəməz dünyanın cavabı ilə qarşılaşacaq. Nə qədər çətin olsa da, biz dünyanın lazımi birliyini təmin edəcəyik".

Məğrur Salmanov,

Sitat.info



Xəbər xətti