Ukrayna ordusu Rusiyanın Kurskda əks-hücumuna cavab olaraq yeni hücumlara başlayıb.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
“Ukrayna ordusu Snaqostun qərbində rus qoşunlarına hücum edir, həmçinin Kulbaki və Qluşkovo ərazisində sərhəd boyu əməliyyatlar aparır. Rusiya mənbələri Ukrayna hərbi qüvvələrinin kiçik mexanikləşdirilmiş hücumları barədə məlumatlar verir”, - hesabatda bildirilib.