ABŞ və Böyük Britaniyadan Ukraynaya maliyyə dəstəyi

16:40 12 Sentyabr 2024

ABŞ dövlət katibi Antoni Blinken və İngiltərə xarici işlər naziri David Lammy Ukraynaya müxtəlif sahələrdə təxminən 1,5 milyard dollarlıq əlavə yardım edəcəklərini açıqlayıblar.

Sitat.info bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ABŞ dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi diplomatik təmaslar üçün səfər etdikləri Kiyevdə ukraynalı həmkarları Andrii Sibiha ilə birgə mətbuat konfransı keçiriblər.

ABŞ dövlət katibi Antoni Blinken, Rusiya-Ukrayna müharibəsində Ukraynanı dəstəklədiklərini bir daha təkrarlayıb.

Blinken qeyd edib ki, onlar Ukraynanın təkcə bu gün özünü müdafiə etməsini deyil, həm də qarşıdakı dövr ərzində hərbi, iqtisadi və demokratik baxımdan öz ayaqları üzərində möhkəm dayanmasını təmin etmək istəyirlər:

"Biz Ukraynanın cəsur müdafiəçilərinə və vətəndaşlarına bunu etmək üçün lazım olan dəstəyi davam etdirməyə sadiqik".

Blinken xatırladıb ki, 2022-ci ilin fevralından bu yana 50-dən çox ölkə ilə birlikdə Ukraynaya 10 milyard dollardan çox təhlükəsizlik yardımı edilib. 



Xəbər xətti