Ukraynalılar Rumıniyada F-16-larla təlimlərə başladı

20:14 12 Sentyabr 2024

Ukraynalı pilotlar Rumıniyada F-16-da təlimlərə başlayıblar.

Sitat.info xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov məlumat verib.

“Rumıniyanın müdafiə naziri Anjel Tilvar ilə səmərəli telefon danışığı olub, əsas mövzu Ukrayna səmasının Rusiya raketləri və dronlarından qorunmasının gücləndirilməsidir”, - o bildirib.

Onun sözlərinə görə, Ukrayna tezliklə rumıniyalı tərəfdaşlardan yeni “Patriot” hava hücumundan müdafiə sistemi alacaq.



Xəbər xətti