Zəngəzur dəhlizi "Kalinqrad" variantı ilə açıla bilər - Təhlil

11:59 13 Sentyabr 2024

"Zəngəzur dəhlizi, regional müstəvidən beynəlxalq geopolitik maraqların toqquşması mərkəzinə çevrilib.İranın Zəngəzur dəhlizinə qarşı olmağı əsasən, Türkiyə və Azərbaycan tandeminin Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqeyini güclənməsi, həmçinin nəqliyyat -lojistika marşrutları üzərində tam nəzarətindən irəli gəlir. Tehran açıq şəkildə təhdid dilində danışır və Turan birliyinin bir lahiyəsi kimi avantürist çıxışlar edir. Türkiyənin susqunluğu fonunda Rusiyanın dəhlizlə bağlı mövqeyi Tehranla Moskva arasında siyasi böhrana gətirib çıxarıb.

Zəngəzur dəhlizi açılarsa, Çin və Mərkəzi Asiyadan gələn yüklər İran ərazisindən deyil, bu yoldan keçəcək. Bu da İranın maliyyə imkanlarınin əlindən çıxması deməkdir".

Bu barədə Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullzadə bildirib.

M.Əsədullzadə bildirib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsini tezliklə bağlayarsa, Zəngəzur dəhlizi "Kalinqrad" variantı ilə açıla bilər:

"Azərbaycan tərəfi Zəngəzur dəhlizi ilə bağlı Ermənistana Kalinqrad variantını təklif edib. Halbuki bu dəhliz deyil, Azərbaycan vətəndaşlarınin və yüklərinin maneəsiz Naxçıvana daxil olmasıdır. Bu təklif Ermənistan tərəfindən qəbul edilərsə, dəhliz varianti gündəmdən düşəcək və İranin "narahatlıqlari" aradan qalxacaq. Ermənistan Rusiya və İran arasında gərginliyin inkişafında maraqlıdır. Yerevan İranla Azərbaycan və Türkiyə ilə münasibətlərinin korlanmasında maraqlıdır. Bununla öz oyununu oynamaq istiqamətində siyasət həyata keçirir.

40 km Zəngəzur yoluna nəzarət uğrunda ABŞ, Rusiya kəskin rəqabət aparır. İran ümumiyyətlə etiraz edir. Türkiyə isə, prosesləri susqunluqla izləyir. Azərbaycan isə, bu məsələni sülh müqaviləsindən sonraya saxlayıb.

Rusiya Azərbaycanin silahlı yolla Zəngəzur dəhlizinə daxil olub, açmasında maraqlıdır. Azərbaycan ordusu Zəngəzura daxil olur və bölgəni sabitləşdirmək üçün Rusiyanın Ermənistanda 102-ci bazası hərəkətə keçərək, Zəngəzur dəhlizində dayanır. Rusiyanın planı bundan ibarətdir. Amma, Azərbaycan üçün risklidir və rəsmi Bakı belə bir planda yer almayacaq.

İran Rusiyanın yola nəzarət etməsində maraqlı deyil. Çünki, Türkiyə və Azərbaycanla birgə kordinasiyalı fəaliyyət göstərəcək. Zəngəzur dəhlizi regional məsələdən beynəlxalq geopolitik maraq dairəsinə daxil olub. Bu dəhlizə nəzarət etmək uğrunda mübarizə aktiv fazaya keçib. Azərbaycan və Ermənistan sülh müqaviləsini tezliklə bağlayarsa, Zəngəzur dəhlizi "Kalinqrad" variantı ilə açıla bilər".

Məğrur Salmanov,

Sitat.info



Xəbər xətti