Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Krımın hansı dövlətin mülkiyyətində olması məsələsi Rusiya ilə Türkiyə arasında fikir ayrılıqları kateqoriyasına aiddir.
Sitat.info RİA Novosti-yə istinadən xəbər verir ki, Peskov Ərdoğanın bəyanatını şərh edərkən jurnalistlərə bildirib.
“Ümumiyyətlə, bu mövzu türk dostlarımızla aramızda mövcud olan fikir ayrılıqları kateqoriyasına aiddir. Burada həqiqətən də tamamilə fərqli fikirlərimiz var”, - deyə
Qeyd edək ki, bir müddət əvvəl media Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevdə keçirilən Krım Platforması sammitinin iştirakçılarına videomüraciətində Krımın Ukraynanın tərkibinə qaytarılmasının vacibliyini bildirib və qeyd edib ki, bu, beynəlxalq hüququn tələbidir.
Nərgiz,
Sitat.info