Şəki rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Sitat.info xəbər verir ki, rayonun Baş Göynük kənd sakini, 1973-cü il təvəllüdlü Nəzər İsfəndiyar oğlu Orucov qonşusunun evinin damını təmir edərkən yıxılıb. O, xəstəxanaya çatdırılsa da, vəfat edib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.