“Ukraynadakı münaqişə müqavilə ilə başa çatacaq”.
Sitat.info xəbər verir ki, bu bardə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birinci Kanalda Böyük Oyun proqramındakı çıxışında bildirib.
Onun sözlərinə görə, müqavilənin parametrləri hərbi əməliyyatların mərhələsi ilə müəyyən ediləcək.
“Silahlı qüvvələrin tətbiqi zamanı hər bir vəziyyətdə olduğu kimi, əlbəttə ki, hər şey müqavilə ilə başa çatacaq, lakin bu müqavilənin parametrləri bu müqavilənin reallaşacağı hərbi əməliyyatların mərhələsi ilə müəyyən ediləcək”, - deyə nazir bildirib.
“Biz, əlbəttə ki, hər şeydən əvvəl Ukrayna xalqının necə yaşayacağına özü qərar verməsini istəyirik”, - deyə Lavrov bildirib.