Bayden Tramp üçün bütün resursları səfərbər etdi

11:29 16 Sentyabr 2024

Bazar günü ABŞ prezidentliyinə namizəd Donald Tramp ikinci sui-qəsd cəhdinə məruz qalmış ola bilər. Prezident Co Bayden hakimiyyətə siyasətçini qorumaq üçün bütün resurslardan istifadə etməyi tapşırıb.

Sitat.info xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat yerləşdirilib.

“Komandam mənə məlumat verdi ki, federal hüquq-mühafizə orqanları bu gün keçmiş prezident Trampa qarşı mümkün sui-qəsd cəhdini araşdırır. Şübhəli şəxs saxlanılıb. Sevinirəm ki, keçmiş prezident xəsarət almayıb”, - Bayden bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı fəal araşdırma aparılır və hüquq-mühafizə orqanları baş verənlərlə bağlı daha ətraflı məlumat toplayır./ Axar.az



Xəbər xətti