Azərbaycanlıların aldığı 1200 maşını Rusiya buraxmır

12:56 16 Sentyabr 2024

Rusiya Çindən Azərbaycana gətirilən avtomobilləri ölkəyə buraxmır.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, hazırda 1200 minik avtomobilinin yükləndiyi 400-ə yaxın yük maşını gözləmədədir.

Alıcılar Çindən sifariş etdikləri avomobilləri təhvil ala bilmədikləri üçün narazılıq edirlər.

Rusiya tərəfi isə məsləyə heç bir rəsmi reaksiya vermir.



Xəbər xətti