Ucarda ağır qəza - Ölən var - Foto + Video

09:13 17 Sentyabr 2024

Ucarda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Sitat.info-nun “Qafqazinfo”ya istinadən  məlumatına görə, hadisə Bakı-Qazax yolunun Ucar rayon ərasizindən keçən hissəsində baş verib.

Gəncə sakini idarə etdiyi TIR-la hərəkətdə olarkən idarəetməni itirib və nəticədə yol kənarında dayanmış minik avtomobilinə çırpılıb.

Hadisə zamanı minik avtomobilinin sürücü Ömərov Xıdır hadisə yerində dünyasını dəyişib.

 

 





Xəbər xətti