Azərbaycanlı vəkil Rusiyada bu ittihamla saxlanıldı - SON DƏQİQƏ

09:51 17 Sentyabr 2024

Rusiya Federasiyasının İstintaq Komitəsi vəkil Elman Paşayevə qarşı cinayət işi açıb. O, Moskvada dələduzluq ittihamı ilə saxlanılıb.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko məlumat verib.

İstintaq müəyyən edib ki, 2024-cü ilin fevralında Elman Paşayev Moskvada Aleksey Blinovskini inandırıb ki, böyük pul mükafatı müqabilində arvadı Yelenanı əvvəllər açılmış vergidən yayınma işi üzrə cinayət məsuliyyətindən azad edə bilər.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açıb. /Musavat.com



Xəbər xətti