Oqtay Əsədovun xanımı vəzifəsindən azad edildi

12:36 17 Sentyabr 2024

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova işdən çıxarılıb.

“Sitat.info” Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq Əmr imzalayıb.

Bir müddət əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Əsədova Zemfira Adil qızının müdiri olduğu 175 nömrəli körpələr evi-uşaq bağçasında yoxlamalar aparılıb və bəzi pozuntular aşkarlanıb.

Z.Əsədova yoxlamalardan sonra öz ərizəsi ilə vəzifəsindən gedib.

175 nömrəli körpələr evi-uşaq bağçasına hələlik müdir təyin edilməyib. 

Qeyd edək ki, Zemfira Əsədova bu bağçada 20 ildən çox müdir olub. Hətta 2017-ci ildə 175 nömrəli körpələr evi-uşaq bağçasının (“Şənlik” uşaq bağçası) 30 illiyinə həsr edilmiş təmtaraqlı tədbir də keçirib.



Xəbər xətti