ABŞ ordusu bu ölkədən tamamilə çıxarıldı

12:55 17 Sentyabr 2024

ABŞ ordusu Nigeriyanı tərk edib.

Sitat.info xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq mətbuata açıqlamasında mayın 19-da Nigerdən çəkilməyə başlayan ABŞ ordusunun hazırkı vəziyyəti ilə bağlı məlumat verib.

Sinq bildirib ki, ABŞ və Niger silahlı qüvvələri arasında əməkdaşlıq və kommunikasiya sayəsində geri çəkilmə, razılaşdırıldığı kimi sentyabrın 15-də təhlükəsiz və rəvan şəkildə tamamlanıb.

Niger ABŞ ilə 12 il əvvəl imzaladığı hərbi əməkdaşlıq müqaviləsini martın 17-də ləğv etdiyini açıqlayıb və Amerika əsgərlərinin ən qısa zamanda ölkəni tərk etməsini tələb edib. ABŞ da qoşunlarının ən geci 15 sentyabra qədər Nigerdən tamamilə çıxarılacağını açıqlamışdı.

Seymur,

Sitat.info



Xəbər xətti