Bu, Zəngəzur dəhlizinin açılmasını təmin edəcək - İbrahim Kalın

14:44 17 Sentyabr 2024

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın Qafqazda inkişaf üçün Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin vacib olduğunu vurğulayıb. 

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, o, sentyabrın 14-15-də Azərbaycanda keçirilən Bakı Təhlükəsizlik Konfransında iştirak edib.

İ.Kalın vurğulayıb ki, daimi sülh Zəngəzur dəhlizinin reallaşmasını  təmin edəcək. 
Qeyd edək ki, “Qlobal nəqliyyat marşrutlarının təhlükəsizliyinə müasir çağırışlar” mövzusunda konfransda təxminən 50 ölkənin kəşfiyyat və təhlükəsizlik idarəsi rəhbərləri iştirak edib.  

Kalın Bakı  çıxışında qlobal mühitdə etimad böhranı, artan terror təhlükəsi və onların yaratdığı humanitar nəticələrə toxunub. O, Azərbaycanın 44 günlük müharibə ilə Qarabağı işğaldan azad etdiyini  deyib və həyatın normallaşması istiqamətində uğurlu addımlar atdığına diqqət çəkib.

MİT sədri əlavə edib ki,  Qafqazda sabitlik və inkişaf üçün Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin vacibdir: "Daimi sülhün əldə edilməsi həm də Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə-Avropa əlaqələrini, o cümlədən Zəngəzur dəhlizinin açılmasını təmin edəcək".

 



Xəbər xətti