Hizbullah üzvlərinin üzərində partladılmış peycerlər hansı şirkətlərə məxsusdur?

09:06 18 Sentyabr 2024

Livanda bir çox Hizbullah üzvlərinin üzərində işə salınan peycerlərin partlayıcı kimi necə istifadə edildiyi maraq doğursa da, cihazların mənşəyi müzakirə olunmağa başladı.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Livan hökuməti, Livan Səhiyyə Nazirliyi 200-ə yaxını ağır olmaqla, təxminən 2800 adamın yaralandığını açıqlayıb və hadisənin arxasında İsrailin olduğunu iddia edib. 

İsrailin peycerlərini partlatması nəticəsində 9 livanlı həyatını itirib. MOSSAD-ın Livanda işə salınmış peycer batareyalarına partlayıcı yerləşdirdiyi iddia edilir. Livan rəsmilərinin İsraili günahlandırdığı hadisədən sonra partlayan peycerlərin vəziyyəti də maraq doğurub.

Sosial mediada görünən və Hizbullah üzvləri tərəfindən istifadə edildiyi iddia edilən 3 modelin çəkilir. Müvafiq olaraq, sözügedən peycer modellərindən ikisi ABŞ şirkətlərinin, biri isə Tayvan şirkətlərinin istehsalı olan məhsullardır.

Qurğulardan biri ABŞ-da yerləşən Motorola şirkətinə məxsusdur. Bununla belə, hadisənin baş verdiyi gün axşam saatlarına qədər Hizbullah üzvlərində partladığı və ya zədələndiyi təsdiqlənən, birbaşa Motorola markası kimi görünən peycerlərin görüntüləri sosial mediada yayılmayıb. Motorola ilə də əlaqəli "Teletrim" markalı cihazlar paylaşılsa da, bu görüntülərin yaxşı vəziyyətdə olan cihazlara aid olduğu diqqət çəkib.

Sosial mediada paylaşılan son cihaz Tayvan mərkəzli "Apollo Gold" şirkəti tərəfindən istehsal edilən və Honq Konq mərkəzli "Apollo Systems HK" şirkəti tərəfindən satılan "Gold Apollo Rugged Pager AR924" model məhsuludur.

Yazılarda parçalanmış, lakin model məlumatları oxuna bilən Apollo brendinin peycerlərinin şəkilləri var. Apollo Systems HK rəsmi internet saytında rəqəmsallaşan səhiyyə sektoru və qayğı müəssisələri də daxil olmaqla, dünyanın bir çox sektorunu peycerlər və kommunikasiya sistemləri ilə təmin etdiyini bildirir.

Digər tərəfdən, sözügedən şirkətlər mobil telefonların və internetin geniş yayılması səbəbindən bu cihazların satışını çoxdan dayandırıblar. Ancaq bu modellər ikinci əl satış kimi görünür.

Xatırladaq ki, Livanda Hizbullah üzvlərinin istifadə etdiyi peycerlərdə eyni vaxtda partlayışlar baş verib. Səhiyyə Nazirliyi Hizbullah üzvlərinin ölkə daxilində istifadə etdiyi peycerlərin partlaması nəticəsində biri uşaq olmaqla 9 nəfərin həyatını itirdiyini, təxminən 200-ü ağır olmaqla 2800 nəfərin yaralandığını açıqlayıb.

Məsələ ilə bağlı İsraildən hələlik heç bir açıqlama verilməyib. İsrail-Livan sərhədində 2023-cü il oktyabrın 8-dən bu yana davam edən qarşıdurmalarda son günlər gərginliyin artdığı müşahidə edilib.

Nigar,

Sitat.info



Xəbər xətti