İran səfiri partlayış zamanı yaralanıbmı?

13:37 18 Sentyabr 2024

İranın Beyrutdakı Səfirliyi ölkənin diplomatik missiyasının rəhbəri Müctəba Əmaninin partlayış zamanı gözünü itirməsi barədə yayılan məlumatları təkzib edib.

 Sitat.info xəbər verir ki, İran səfirliyi bu barədə “X” hesabında paylaşım edib.

“Həmvətənlərimiz və media nümayəndələrini məlumatlandırmaq istəyirik ki, səfir Əmaninin müalicə prosesi yaxşı gedir. Əmaninin fiziki vəziyyəti və görmə qabiliyyəti ilə bağlı yayılan şayiələr yalandır”, – deyə məlumatda qeyd olunub.

***09:50

  İranın Livandakı səfiri Müctəba Əmani Beyrutda peycerlərin partlaması nəticəsində xəsarət alıb.

Sitat.info  “Qafqazinfo”ya istinadən məlumatına görə, səfir hadisə nəticəsində bir gözünü itirib, digər gözündən isə ciddi xəsarət alıb.

İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) nümayəndələrinin verdiyi məlumata görə, Əmaninin vəziyyəti ilk olaraq açıqlanandan fərqli olaraq daha ciddidir.

Bildirilib ki, o, müalicə üçün Tehrana aparılacaq.

Xatırladaq ki, sentyabrın 17-də Beyrutda “Hizbullah” tərəfindən istifadə edilən portativ rabitə qurğuları anidən partladılıb. Hadisə nəticəsində 11 nəfər ölüb, 4 mindən çox insan isə yaralanıb.



Xəbər xətti