Paşinyan hər şeydə “rus izi” axtarır - Surenyants

14:46 18 Sentyabr 2024

Politoloq Suren Surenyants Ermənistanın Baş naziri Nikol Paşinyanı mütəmadi olaraq həyatına sui-qəsdlər barədə məlumat verən Gürcüstanın mərhum prezidenti Eduard Şevardnadze ilə müqayisə edib.

Sitat.info xəbər verir ki, o, bu barədə Ermənistan İstintaq Komitəsinin hakimiyyəti ələ keçirməyi planlaşdıran və Rusiyada təlim keçmiş qrupun ifşası ilə bağlı məlumatını şərh edərkən deyib.

Ekspert işin təfərrüatı ilə tanış olmadığını vurğulasa da, buna bənzər açıqlamaların əvvəllər də səsləndiyini xatırladıb:

“Məsələn, demək olar ki, bir il əvvəl İrəvanın keçmiş meri Albert Bazeyanla əlaqəli bir qrupun ifşa olunduğu açıqlandı. Daha sonra iş bir nəfərin ifadəsi əsasında aparılıb, o, sonradan öz sözlərini geri çəkib. Rusiya ilə konstruktiv dialoqun davam etdirilməsi bəyanatlarını nəzərə alsaq, Paşinyanın mütəmadi olaraq ölkənin daxili işlərində Rusiya izinə işarə etməsi ziddiyyətli görünür. Bu cür rəngarəng bəyanatlar Paşinyanda bir həftə və ya 10 gün əvvəl dediklərini xatırlamadığı təəssüratın yaradır. Bunun nəticəsi bir-birinə zidd və bir-birini inkar edən ifadələr toplusudur”./ Axar.az



Xəbər xətti