İsrail son 24 saatda 9-u uşaq olmaqla 34 fələstinlini öldürdü

08:38 19 Sentyabr 2024

 İsrailin son 24 saatda Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 9-u uşaq olmaqla 34 fələstinli həyatını itirib.
Sitat.info xəbər verir ki, Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal yazılı açıqlamasında İsrailin davam edən hücumları ilə bağlı məlumat paylaşıb.

Basal İsrailin son 24 saatda həyata keçirdiyi hücumlarda 9-u uşaq olmaqla 34 fələstinlinin həyatını itirdiyini bildirib.

İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 795-i uşaq, 11 min 378-i qadın olmaqla 41 min 272 fələstinli ölüb, 95 min 551 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Nərgiz,

Sitat.info



Xəbər xətti