XXI əsr üçün yeni təhlükə! Dünyanı qorxuya salan peycer hücumları...

09:14 19 Sentyabr 2024

ABŞ-ın geosiyasət üzrə eksperti, istefada olan polkovnik-leytenant Riç Outzen Livanda peycer bombası və radio hücumunun həcminə görə 21-ci əsrdə hər kəsin nəzərə almalı olduğu yeni təhlükə növü olduğunu deyib.

Sitat.info xəbər verir ki, Anadolu Agentliyinə danışan Outzen, cib telefonlarına partlayıcı yerləşdirmənin yeni üsul olmadığını, lakin Livanda həyata keçirilən hücumun  çoxsaylı olması baxımından  bir ilk olduğunu bildirib. .

Outzen hesab edir ki, bu qədər sayda partlayıcının eyni anda uzaqdan işə salınmasının digər dövlətlərin və bəzi təşkilatların  da edə biləcəyi bir hərəkətdir: "Bir çox qruplar üçün bu miqyaslı hücumu təkrarlamaq çətin olsa da  həssas ərazilər, hava limanları, siyasi qərargahlar və liderlər üçün təhlükə törədə bilərlər. Bu, şübhəsiz ki, 21-ci əsrdə hamımızın narahat olmalı olduğu yeni bir təhlükədir"

Outzen bildirib ki, çox az adamın Livandakı partlayışların arxasında İsrailin olduğuna şübhəsi var: "Bu hərbi deyil, kəşfiyyat işidir. İran İsraillə birbaşa müharibə etməsə də, düşmənlərini dəstəklədiyi üçün onunla ziddiyyətdədir. İsrailin bu təşkilatların üzvlərinin zəif olduğu kəşfiyyat metodlarından istifadə etməyə üstünlük verir, bu onlarla adi qarşıdurmaya girməkdən daha çox asandır". 

Ekspertin fikrincə, ABŞ-da ümumi rəy belədir ki, Hizbullah bu cihazları sifariş edərkən İsrail kəşfiyyatı  ya istehsal mərkəzində, ya da sifariş yolda ikən müdaxilə edərək cihazlara partlayıcı yerləşdirib. Belə ki, mobil cihazlarda partlayışlar daha da güclü olub. Bu mənada cihazlara fiziki müdaxilə ehtimalı daha güclüdür. 

Outzen vurğulayıb ki, Qərb hadisənin tədarük zənciri ilə əlaqəli hissəsinə diqqət yetirməlidir: " Onlayn ticarət şirkətləri bu hadisəyə əsaslanaraq təhlükəsizlik tədbirlərini ciddi nəzərdən keçirəcəklər.

Təhlükəli qrupların terror hücumları üçün onlayn sifariş saytlarından istifadə etməsi “əsl təhdid”dir. Əgər bir qutu banan və ya bir səbət tərəvəz sifariş edirsinizsə, bu o qədər də böyük bir təhlükə olmaya bilər, ancaq elektron cihazlara mütləq daha ciddi yanaşmaq lazımdır. Bbu hadisədən mühüm dərslər çıxarılmalıdır". 

Nərgiz,

Sitat.info 



Xəbər xətti