Netanyahunu öldürmək istəyən İran casusu tutuldu

13:44 19 Sentyabr 2024

İran İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant, Şin Betin rəhbəri Ronen Bar və keçmiş baş nazir Naftali Bennetti öldürmək üçün İsrail vətəndaşına tapşırıq verib.

Sitat.info xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

“ŞABAK və İsrail polisinin “Laxav 433” bölməsi tərəfindən keçirilən əməliyyat nəticəsində ölkə rəsmilərinə sui-qəsd etmək üçün İran tərəfindən əməkdaşlığa cəlb edilən İsrail vətəndaşı həbs edilib. O, xüsusi təlim keçmək üçün iki dəfə qaçaqmalçılıq yolu ilə İrana aparılıb”, - məlumatda qeyd olunub.

Saxlanılan şəxsin biznesmen olduğu, uzun müddət Türkiyədə yaşadığı bildirilib./Axar.az



Xəbər xətti