İranlı hakerlər Trampın başına oyun açdı

16:18 19 Sentyabr 2024

İranlı hakerlər Donald Trampın seçki qərargahından məlumatları oğurlayaraq Co Baydenin seçki qərargahına göndəriblər.

Sitat.info xəbər verir ki, bu barədə Federal Təhqiqat Bürosu (FTB) və ABŞ kəşfiyyat xidmətləri məlumat yayıb.

“Hakerlər könüllü olaraq Prezident Baydenin kampaniyası ilə əlaqəli şəxslərə keçmiş prezident Trampın kampaniyasından oğurlanmış, ictimai olmayan materiallardan çıxarışların daxil olduğu elektron poçt məktubları göndəriblər”, - məlumatda qeyd olunub.

Məlumata görə, bütün bunlar bu ilin iyun-iyul aylarında, Bayden öz namizədliyini geri götürməzdən əvvəl baş verib.

Baydenin qərargahının əməkdaşlarından heç kim məktuba cavab verməyib.

İranlı hakerlərin iyun ayından etibarən Trampın qərargahından oğurladıqları məlumatları ABŞ mətbuatına ötürdükləri də bildirilib.

Trampın seçki qərargahının mətbuat katibi Kerolayn Livitt açıqlamasında deyib ki, bütün bunlar İranın Kamala Harris və Co Baydenə kömək etmək niyyətini göstərir./Axar.az



Xəbər xətti