Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ərəfəsində Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd Kamala Harrislə görüşmək istəyir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Görüşün məqsədinin iki dövlət arasında münasibətlərin yaxşılaşması tendensiyasını dəstəkləmək olduğu bildirilir.
Mənbənin sözlərinə görə, hələlik nə Türkiyə Xarici İşlər Nazirliyi, nə də Ağ Ev bu məsələyə münasibət bildirməyib.