Rusiya-Ukrayna müharibəsi başlayandan bəri bütün dünyada Rusiyanın milyonlarla dollarlıq aktivləri iqtisadi sanksiyalara görə müsadirə olunub.
SİTAT.İNFO xəbər verir ki, maliyyə orqanları və hökumətlər bu nəhəng aktivlərlə Ukraynaya kömək etmək üçün nə edə biləcəklərini düşünürlər. Belçika hazırda Rusiya aktivlərinin və minlərlə avtomobilin saxlandığı nəhəng parka çevrilib.
Belçikanın Zeebrug meqa limanında sanksiyaların Rusiyaya vurduğu ziyanı əyani şəkildə görmək olar. Zeebrug Avropanın Rusiya ilə iqtisadi müharibəsində yeni cəbhə xəttidir və Rusiyanın sanksiyaya məruz qalan oliqarxlarının mülkiyyəti burada saxlanılır. Zebrug Dəniz Terminalının müdiri Marc Adriensens sanksiyaların tətbiqində ön sıralarda görünür. Adriensens deyir ki, Rusiyaya göndərilən dəyəri 55 min dollardan çox olan avtomobillər müsadirə edilir.
Nəzərə alaq ki, hər il 120 min avtomobil Rusiyaya göndərilir. Bu milyardlarla dollarlıq avtomobillər Ukrayna üçün istifadə oluna bilər. Lakin bunların hamısını nağd pula çevirmək üçün qanuni prosedurlardan keçmək lazımdır.
Ləman Sərvanqızı
SİTAT.İNFO