Putin Paşinyanı təbrik etdi

19:59 21 Sentyabr 2024

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı Respublikanın Müstəqillik Günü münasibətilə təbrik edib.

Sitat.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Putin təbrik məktubunda qeyd edib ki, Rusiya və Ermənistan arasında müttəfiqlik və dostluq münasibətlərinin gələcək inkişafı xalqlarının fundamental maraqlarına uyğundur. Bundan əlavə, Rusiya lideri Paşinyana cansağlığı və uğurlar, Ermənistan vətəndaşlarına isə xoşbəxtlik arzulayıb.



Xəbər xətti